Əsas Səhifə > Maraq > “Avro-2020”: final oyunun ən yaxşısı seçilib

“Avro-2020”: final oyunun ən yaxşısı seçilib


12-07-2021, 11:14
“Avro-2020”: final oyunun ən yaxşısı seçilib


Futbol üzrə “Avro-2020”nin final görüşü çərçivəsində keçirilən İtaliya-İngiltərə matçının ən yaxşı futbolçusu müəyyənləşib.
BrendSport.az xəbər verir ki, İtaliya yığmasının müdafiəçisi Roberto Bonuççu bu görüşün ən yaxşısı seçilib.
Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb. “Yuventus”un formasını geyinən futbolçu bu matçda komandasının bərabərlik qolunu vurub.
Qeyd edək ki, “Avro-2020”nin qalibi İtaliya millisi olub. Londonda İngiltərə ilə 1:1 başa çatan görüşün qalibi penaltilər seriyasında müəyyənləşib - 3:2.


AZƏRTAC
Geri qayıt