Əsas Səhifə > Maraq > Mahir Emrelinin dublu sayəsində “Legiya” klubu səfərdə qələbə qazanıb

Mahir Emrelinin dublu sayəsində “Legiya” klubu səfərdə qələbə qazanıb


8-07-2021, 13:44


BrendSport.az xəbər verir ki, Varşava təmsilçisi Norveçdə "Budyo Qlimt"in qonağı olub.

Qarşılaşma "Legiya"nın 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Polşa çempionunun 2-ci və 3-cü qollarını M.Emreli vurub. İyirmi dörd yaşlı hücumçu 41 və 61-ci dəqiqələrdə fərqlənərək komandasını səfərdə qələbə qazanmaqda yardımçı olub.

Onu da qeyd edək ki, forvard ikinci qolu vurduqdan sonra əsgər salamı verib.

Komandalar arasında cavab matçı bir həftə sonra Varşavada olacaq.
Geri qayıt