Əsas Səhifə > Maraq > Boksçumuz Avropa birinciliyinə qələbə ilə başlayıb

Boksçumuz Avropa birinciliyinə qələbə ilə başlayıb


4-07-2021, 16:39


BrendSport.az xəbər verir ki, yarışın ilk günündə Azərbaycan millisinin 3 üzvü rinqə çıxıb.

Boksçularımızdan Mahir Süleymanov (52 kiloqram) slovakiyalı Dusan Bobeklə üz-üzə gəlib. Təmsilçimiz rəqibini 4:1 hesabı ilə məğlub edib. O, iyulun 5-də baş tutacaq səkkizdəbir finalda türkiyəli Çağrı Fidanla döyüşəcək.

Otuz ölkədən 339 (224 oğlan, 115 qız) boksçunun mübarizə apardığı yarışda final görüşləri iyulun 11-də baş tutacaq.
Geri qayıt