Əsas Səhifə > Maraq > Bu gün futbol üzrə Avropa çempionatının dörddəbir final mərhələsinə start verilir
Bu gün futbol üzrə Avropa çempionatının dörddəbir final mərhələsinə start verilir2-07-2021, 14:45 |
BrendSport.az xəbər verir ki, Sankt-Peterburqda oynanılacaq görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Matçı ingiltərəli referi Maykl Oliver idarə edəcək. İsveçrə yığması səkkizdəbir finalda sonuncu dünya çempionu Fransanı mübarizədən kənarlaşdırıb. Həmin görüşdə əsas vaxt 3:3 hesabı ilə başa çatdığından 11 metrlik cərimə zərbələri seriyasında İsveçrə komandası 5:4 hesabı ilə qalib gəlib. İspaniya isə sonuncu dünya çempionatının gümüş mükafatçısı Xorvatiyanı 5:3 hesabı ilə məğlub edərək dörddəbir finala yüksəlib. Günün sonuncu görüşündə turnirin əsas favoritləri - Belçika və İtaliya komandaları üz-üzə gələcəklər. Münhendə baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Görüşün baş hakimi sloveniyalı Slavko Vinçiç olacaq. İtaliya millisi səkkizdəbir finalda Avstriyanı (3:1), Belçika seçməsi isə sonuncu Avropa çempionu Portuqaliyanı (1:0) məğlub edib. Bu görüşlərdə qalib gələn komandalar yarımfinalda üz-üzə gələcəklər. Dörddəbir final mərhələsinin digər iki görüşündə Çexiya millisi Bakı Olimpiya Stadionunda Danimarka, Ukrayna isə Romadakı “Olimpiko” stadionunda İngiltərə seçməsi ilə qarşılaşacaqlar. Bakıdakı oyun saat 20:00-da, Ukrayna-İngiltərə matçı isə saat 23:00-da başlayacaq. Geri qayıt |