Əsas Səhifə > Maraq > “Avro-2020”: Bu gün səkkizdəbir final mərhələsinə yekun vurulacaq

“Avro-2020”: Bu gün səkkizdəbir final mərhələsinə yekun vurulacaq


29-06-2021, 16:19


BrendSport.az xəbər verir ki, Londonda “Uembli” stadionunda İngiltərə-Almaniya, Qlazqoda “Hampden Park”da isə İsveç-Ukrayna oyunu təşkil olunacaq.

İngiltərə-Almaniya oyunu Bakı vaxtı ilə saat 20:00-da start götürəcək. Oyunu niderlandlı FIFA referisi Denni Makkeli idarə edəcək.

İsveç-Ukrayna matçı isə saat 23:00-da başlayacaq. Qarşılaşmanın baş hakimi italiyalı Daniele Orsato olacaq.

Almaniya-İngiltərə cütünün qalibi dörddəbir final mərhələsində İsveç-Ukrayna duelinin güclüsü ilə üz-üzə gələcək.
Geri qayıt