Əsas Səhifə > Maraq > Qranit Caka Fransa-İsveçrə matçının ən yaxşı futbolçusu seçilib

Qranit Caka Fransa-İsveçrə matçının ən yaxşı futbolçusu seçilib


29-06-2021, 16:13


BrendSport.az xəbər verir ki, İsveçrə yığmasının kapitanı və "Arsenal"ın üzvü Qranit Caka görüşün ən yaxşısı seçilib.

Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.

Q.Caka Fransa millisi ilə matçda 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, Fransa millisini "Avro-2020"dən kənarlaşdıran İsveçrə millisi turnirin dörddəbir final mərhələsinə yüksəlib. Növbəti mərhələdə İsveçrə millisi İspaniya yığması ilə qarşılaşacaq. Matç iyulun 2-də Sankt-Peterburqda təşkil olunacaq.
Geri qayıt