Əsas Səhifə > Maraq > Dünya çempionatı: Daha bir cüdoçumuz yarışı medalsız başa vurub

Dünya çempionatı: Daha bir cüdoçumuz yarışı medalsız başa vurub


11-06-2021, 17:37


BrendSport.az xəbər verir ki, 100 kiloqram çəki dərəcəsində çıxış edən Elmar Qasımov onaltıdabir finalda gürcüstanlı İliya Sulamanidze ilə üz-üzə gəlib. Rəqibinə məğlub olan E.Qasımov yarışda mübarizəni dayandırıb.

Bundan əvvəl Kəramət Hüseynov (60 kq) bürünc medal qazanıb. Yığmamızın digər üzvləri Orxan Səfərov (66 kq) və Hidayət Heydərov (73 kq) isə beşinci pillədə qərarlaşıblar.

Tokio Olimpiadasına lisenziya xarakterli yarışa Azərbaycan 12 cüdoçu ilə qatılıb. Dünya çempionatına iyunun 13-də yekun vurulacaq.
Geri qayıt