| Əsas Səhifə > Maraq > Ağstafada nişan mərasimi keçirmək istəyənlər saxlanılıb Ağstafada nişan mərasimi keçirmək istəyənlər saxlanılıb27-04-2021, 01:55 | 
|  Ağstafa Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində karantin rejimi qaydalarının pozularaq nişan mərasimi təşkil edildiyini müəyyən ediblər. Daxili İşlər Nazirliyinin Gəncə regional qrupundan BrendSport.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən mərasim dayandırılıb. Ölkədə elan edilən karantin rejimi qaydalarını pozduqları üçün mərasimi təşkil edənlər İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib edilərək cərimə olunublar.    Geri qayıt |