Əsas Səhifə > Maraq > Türkiyəli futbol hakimi Tokio olimpiadasına təyinat aldı
Türkiyəli futbol hakimi Tokio olimpiadasına təyinat aldı24-04-2021, 05:27 |
FIFA Tokio-2020 Yay Olimpiya Oyunlarında futbol matçlarını idarə edəcək hakimlərin adlarını açıqlayıb. BrendSport.az xəbər verir ki, kişilər və qadınlar arasında keçiriləcək qarşılaşmalara ümumilikdə 99 ədalət təmsilçisi təyinat alıb. Onların 25-i əsas referi, 50-si köməkçi, 20-si video-köməkçi (VAR), qalanları isə ehtiyat hakimlərdir. Qitə futbol qurumu VAR hakimləri arasında türkiyəli Abdulkadir Bitigenə də etimad göstərib. Həmçinin siyahıda Avropadan qadın FIFA referiləri - fransalı Stefani Frappar və rusiyalı Yekaterina Kuroçkina da var. Yay Olimpiya Oyunları 2020-ci il 24 iyul - 9 avqustda keçirilməli idi. Oyunlar koronavirus pandemiyası üzündən bu il 23 iyul - 8 avqusta təxirə salınıb. Geri qayıt |