Əsas Səhifə > Maraq > UEFA Avropa çempionatının oyunlarının keçiriləcəyi şəhərlərin siyahısını təsdiqləyib

UEFA Avropa çempionatının oyunlarının keçiriləcəyi şəhərlərin siyahısını təsdiqləyib


24-04-2021, 01:13


BrendSport.az xəbər verir ki, UEFA Almaniyanın Münxen şəhərində əvvəlcədən nəzərdə tutulan matçların keçiriləcəyini təsdiqləyib. Bilbao və Dublində keçirilməsi planlaşdırılan “Avro-2020” qrup mərhələsinin oyunlarının isə müvafiq olaraq Sevilya və Sankt-Peterburqa keçirilməsinə qərar verilib. Orada "E" qrupunun komandaları oynayacaq.

İspaniya millisinin İsveç, Polşa və Slovakiyaya qarşı oyunları Sevilyada, Polşa - Slovakiya, İsveç - Slovakiya və İsveç - Polşa oyunları Sankt-Peterburqda baş tutacaq.

Beləliklə, “Avro-2020”nin oyunlarına Bakı (Azərbaycan) ilə yanaşı, Sankt-Peterburq (Rusiya), London (İngiltərə), Münhen (Almaniya), Roma (İtaliya), Buxarest (Rumıniya), Kopenhagen (Danimarka), "Sevilya" (İspaniya), Qlazqo (Şotlandiya), Budapeşt (Macarıstan), Amsterdam (Niderland) ev sahibliyi edəcək. Oyunların iyunun 11-dən iyulun 11-dək keçirilməsi planlaşdırılıb.

Qeyd edək ki, Avropa çempionatının “A” qrupunun İsveçrə-Uels, Türkiyə-Uels və Türkiyə-İsveçrə oyunlarına, həmçinin dörddəbir final mərhələsinin bir matçına Bakı Olimpiya Stadionu ev sahibliyi edəcək.
Geri qayıt