Əsas Səhifə > Maraq > Şahmatçımız Aydın Süleymanlı “Vladimir Bato Kontiç” turnirinin qalibi olub
Şahmatçımız Aydın Süleymanlı “Vladimir Bato Kontiç” turnirinin qalibi olub22-04-2021, 23:01 |
Azərbaycan şahmatçısı Aydın Süleymanlı Monteneqronun Nikşiç şəhərində keçirilən “Vladimir Bato Kontiç” turnirində uğurla çıxış edib. BrendSport.az xəbər verir ki, gənc şahmatçımız 9 turdan 6,5 xal toplayaraq yarışın qalibi olub. İstedadlı şahmatçımız bu nəticə ilə həm də qrossmeyster balını toplayıb. İsveçrə sistemi üzrə keçirilən yarışda 6-sı qrossmeyster olmaqla, 20 şahmatçı mübarizə aparıb. Geri qayıt |