Əsas Səhifə > Maraq > “Qarabağ” hücumçusu Mahir Emreliyə yeni müqavilə təklif edib
“Qarabağ” hücumçusu Mahir Emreliyə yeni müqavilə təklif edib21-04-2021, 16:08 |
Ağdamın “Qarabağ” klubu aparıcı hücumçusu Mahir Emreliyə yeni müqavilə təklif edib. BrendSport.az xəbər verir ki, Ağdam klubu hücumçuya bir mövsüm üçün 500 min manat ödəməyə hazırdır. Əgər futbolçu bununla razılaşarsa, onunla üçillik anlaşma imzalanacaq. Qeyd edək ki, 2015-ci ildən “Qarabağ”da forma geyinən və cari sözləşməsi 2 ay sonra bitəcək forvard hələlik klubun təklifinə konkret cavab verməyib. Mətbuata verdiyi açıqlamada isə millinin üzvü karyerasını ölkə xaricində davam etdirmək istədiyini bildirmişdi. Geri qayıt |