Əsas Səhifə > Maraq > Aydın Süleymanlı “Vladimir Bato Kontiç” turnirində mübarizəni inamla davam etdirir

Aydın Süleymanlı “Vladimir Bato Kontiç” turnirində mübarizəni inamla davam etdirir


21-04-2021, 12:32
Aydın Süleymanlı “Vladimir Bato Kontiç” turnirində mübarizəni inamla davam etdirir


Monteneqronun Nikşiç şəhərində start götürən şahmat üzrə “Vladimir Bato Kontiç” turnirində 6-cı turun oyunları keçirilib.
BrendSport.az xəbər verir ki, Azərbaycan şahmatçısı Aydın Süleymanlı növbəti oyununda amerikalı şahmatçı Hans Moke Niemann ilə heç-heçə edib. Şahmatçımız 4,5 xalla turnir cədvəlində liderliyini davam etdirir.
Yarış İsveçrə sistemi üzrə keçirilir və 9 turdan ibarətdir. Turnirdə 6-sı qrossmeyster olmaqla 20 şahmatçı iştirak edir.
Geri qayıt