Əsas Səhifə > Maraq > Mədinədəki Peyğəmbər Məscidində sosial məsafə saxlanılmaqla ilk təravih namazı qılınıb

Mədinədəki Peyğəmbər Məscidində sosial məsafə saxlanılmaqla ilk təravih namazı qılınıb


13-04-2021, 15:57



Mədinə şəhərindəki Peyğəmbər məscidində Ramazan ayının ilk təravih namazı qılınıb.

BrendSport.az Səudiyyə Ərəbistanının rəsmi SPA agentliyinə istinadla xəbər verir ki, ibadətə gələn məhdud sayda zəvvar axşam saatlarında cəmi 30 dəqiqəlik açıq olan müqəddəs məsciddə sosial məsafə saxlamaqla ibadət ediblər.

Krallığın Həcc və Ümrə Nazirliyi bildirib ki, Ramazan ayı boyunca iftardan sonra məsciddə ibadət sosial məsafə və COVID-19 pandemiyasına qarşı digər profilaktik qaydalara uyğun şəkildə davam edəcək. Səudiyyə Kralının göstərişinə əsasən, zəvvarlar əvvəl ayrı-ayrılıqda qılınan təravih, qiyam və isha namazlarını vahid şəkildə qılacaqlar.

Pandemiya ilə əlaqədar məhdud sayda qəbul edilən əcnəbi zəvvarların qaldıqları məkanlarda da ciddi profilaktik tədbirlər görülüb. Ramazan ayında Məkkə və Mədinədə müqəddəs məscidlərə giriş xüsusi icazə vərəqi ilə mümkün olacaq, qaydaları pozanlara qarşı isə cərimələr tətbiq ediləcək.



AZERTAC
Geri qayıt