Əsas Səhifə > Maraq > "Qarabağ"dan "Sivasspor" və "Makkabi" ilə bağlı paylaşım

"Qarabağ"dan "Sivasspor" və "Makkabi" ilə bağlı paylaşım


2-10-2020, 22:31


"Qarabağ" Avropa Liqasının I qrupunda qarşılaşacaqları Türkiyənin "Sivasspor" və İsrailin "Makkabi" (Təl-Əviv) klublarına müraciət edib.

BrendSport.az xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin rəsmi "Facebook" səhifəsində paylaşım edilib.

Sivasspor təmsilçisi ilə bağlı paylaşımda "Can Türkiyəyə gəlməyimizi səbirsizliklə gözləyirik" yazılıb.

Ağdam klubu "Makkabi"yə ilə bağlı isə bunları yazıb: "Hər zaman ərazi bütövlüyümuzu dəstəkləyən bir ölkənin komandası ilə eyni qrupda yer almaqdan qürur duyuruq".


Geri qayıt