Əsas Səhifə > Maraq > Mayk Tayson 25 il öncə nokauta saldığı boksçu ilə qarşılaşa bilər

Mayk Tayson 25 il öncə nokauta saldığı boksçu ilə qarşılaşa bilər


1-06-2020, 13:35


ABŞ-ın peşəkar boks üzrə ağır çəkidə keçmiş dünya çempionu Mayk Tayson 1995-ci ildə qalib gəldiyi Piter Maknili ilə yenidən qarşılaşa bilər.

BrendSport.az xarici KİV-ə istinadən bildirir ki, 54 yaşlı idmançıya 25 il öncə 89 saniyəyə nokauta saldığı həmyerlisi ilə növbəti dəfə döyüşmək üçün 1 milyon ABŞ dolları təklif olunub.

Onun bu təklifə nə cavab verəcəyi maraqla gözlənilir.

Qeyd edək ki, aprelin sonunda Mayk Tayson rinqə qayıtmaq istədiyini deyib. O, peşəkar boksdan 2005-ci ildə irlandiyalı Kevin Makbrayda uduzduqdan sonra gedib. 54 yaşlı idmançı karyerası ərzində 50 qələbə (44-ü nokautla) qazanıb və 6 dəfə uduzub.
Geri qayıt