Əsas Səhifə > Maraq > “Grand Chess Tour 2019”: Şəhriyar Məmmədyarov Fabiano Karuana ilə heç-heçə edib
“Grand Chess Tour 2019”: Şəhriyar Məmmədyarov Fabiano Karuana ilə heç-heçə edib7-07-2019, 13:20 |
Xorvatiyanın paytaxtı Zaqrebdə Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarovun da iştirak etdiyi “Grand Chess Tour 2019” seriyasının ikinci mərhələsi çərçivəsində 10-cu turun oyunları keçirilib. BrendSport.az xəbər verir ki, Ş.Məmmədyarovun amerikalı Fabiano Karuana ilə görüşü heç-heçə başa çatıb. Turun digər oyunlarında da bərabərlik qeydə alınıb. Amerikalı Uesli So norveçli dünya çempionu Maqnus Karlsen, fransalı Maksim Vaşe-Laqrav rusiyalı Yan Nepomnyaşi, çinli Dinq Liren ermənistanlı Levon Aronyan, hollandiyalı Aniş Giri amerikalı Hikaru Nakamura, sabiq dünya çempionu hindistanlı Vişvanatan Anand rusiyalı Sergey Karyakin ilə “sülh” bağlayıb. Beləliklə, 10 turdan sonra şahmatçımızın aktivində 4 xal var. M.Karlsen 7 xalla liderliyini davam etdirir. U.So 6,5, F.Karuana, L.Aronyan, Y.Nepomnyaşi 5,5, D.Liren 5, S.Karyakin, M.Vaşe Laqrav, A.Giri 4,5, V.Anand 4, H.Nakamura 3 xal toplayıblar. Geri qayıt |