Əsas Səhifə > Maraq > Sebastyan Fettel: Bakı trasında özünü iynənin deşiyindən keçən kimi hiss edirsən

Sebastyan Fettel: Bakı trasında özünü iynənin deşiyindən keçən kimi hiss edirsən


24-04-2019, 09:32


“Ferrari” komandasının pilotu Sebastyan Fettel Formula 1 Azərbaycan Qran-Prisi ilə əlaqədar fikirlərini bölüşüb.

BrendSport.az komandanın mətbuat xidmətinə istinadla xəbər verir ki, Fettel deyib: “Altı kilometrlik bu trass mövsümün bütün trasları arasında ən uzun - 2,2 kilometrlik düz yola malikdir. Burada sürət saatda 360 kilometrə çatır və bundan sonra birinci yavaş döngəyə girmək üçün sərt şəkildə əyləcə basmalı olursan.

Köhnə şəhərin divarları boyu sərt yoxuş cəmi yeddi metrdir, Formula 1 yürüşlərində bu cür enlilik tamamilə kiçik sayılır. Elə təəssürat yaranır ki, sanki iynənin deşiyindən keçirsən. İki bolid üçün belə yer qalmır.

Bakıda tam sürətlə irəlilədiyin zaman yavaş dönmə əməliyyatlarında düz yolda antiqanadların hücum bucağını tapmaq çox çətindir”.
Geri qayıt