Əsas Səhifə > Maraq > Yaponiya yığması Bakıda keçiriləcək “Böyük dəbilqə” turnirinə ən güclü cüdoçularla qatılacaq
Yaponiya yığması Bakıda keçiriləcək “Böyük dəbilqə” turnirinə ən güclü cüdoçularla qatılacaq20-04-2019, 14:50 |
Cüdo üzrə Yaponiya yığmasının mayın 10-12-də Bakıda keçiriləcək “Böyük dəbilqə” turniri üçün heyəti açıqlanıb. BrendSport.az xəbər verir ki, cüdonun vətənindən ölkəmizə 28 idmançı gələcək. Bu il Paris və Düsseldorfda keçirilmiş “Böyük dəbilqə” turnirlərində nailiyyətlər qazanan Naohisa Takato, Ryuju Naqayama, Joşiro Maruyama, Şohei Ono, Soiçi Haşimoto, Sotaro Fujivara, Şoiçiro Mukai, Kenta Naqasava, Aaron Volf, Kentaro Iida, Hisayoşi Harasava, Kokoro Kaqeura, Ami Ondo, Funa Tonaki, Ai Şişime, Natsumi Tsunoda, Tsukasa Yoşida, Miku Taşiro, Nami Nabekura, Çizuru Arai, Şori Hamada, Sarah Asahina Bakı yarışında güclərini sınayacaqlar. Naohisa Takato, Tsukasa Yoşida, Çizuru Arai, Şori Hamada, Sarah Asahina ötən il Bakıda keçirilmiş dünya çempionatının qalibi, Funa Tonaki, Ai Şişime, Miku Taşiro, Ryuju Naqayama isə gümüş və bürünc mükafatçılarıdır. Geri qayıt |