Əsas Səhifə > Maraq > Rəşad Sadıqov millidən gedir
Rəşad Sadıqov millidən gedir2-10-2017, 13:20 |
Qarabağ"ın futbolçusu Rəşad Sadıqov Azərbaycan milli komandası ilə vidalaşmağı qərara alıb. Qol.az-ın "Futbol+" qəzetinə istinadən yaydığı xəbərə görə, 35 yaşlı müdafiəçi oktyabrın 5-də Çexiya ilə 2018-ci il dünya çempionatı matçından sonra yığmadan ayrılacaq. Bununla da Sadıqov 16 illik milli komanda karyerasına son qoyacaq. Xəbərdə o da bildirilir ki, Sadıqovun getmək istəyindən AFFA da məlumatlıdır. Bununla bağlı Bakı Olimpiya Stadionunda oyun günü vida tədbiri də nəzərdə tutulub. Kapitan oktyabrın 8-də Almaniya ilə səfər matçında iştirak etməyəcək. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Nərimanoğlu Sadıqovun yığma karyerasını bitirmək istəyindən məlumatsız olduqlarını söyləyib: "Hazırda Rəşad digər yığma üzvləri ilə birgə Çexiya və Almaniyaya qarşı oyunlara hazırlaşır. Bizdə onun getmək istəyinə dair heç bir məlumat yoxdur. Hansısa vida tədbirinin təşkilindən də xəbərsizəm" Geri qayıt |