Əsas Səhifə > Maraq > Futbolda yeni qayda dəyişiklikləri

Futbolda yeni qayda dəyişiklikləri


4-03-2019, 15:00


Futbol Assosiasiyaları Beynəlxalq Şurasının (IFAB) Şotlandiyanın Aberdin şəhərindəki iclasında bir sıra qayda dəyişiklikləri təsdiqlənib.

BrendSport.az xəbər verir ki, Qaydalarda edilən dəyişikliklər bunlardır:

- Qəsdən və ya bilməyərəkdən bir futbolçunun əllə qol vurması halında qol qeydə alınmayacaq. Eyni durumlarda futbolçu qol vurmaq şansı əldə edərsə, oyun davam etdirilməyəcək.

- Əvəzlənən futbolçunun artıq texniki zonaya qədər gəlməsinə ehtiyac olmayacaq. O, özünə ən yaxın yerdən meydanı tərk etməlidi. Bu, vaxta qənaətə hesablanıb.

- Feyr-pley qaydalarına uyğun olmayan hərəkətlərə görə meydandan kənardakı texniki heyətə sarı və qırmızı vərəqə göstərilməsi mümkün olacaq.

- Cərimə zərbələri zamanı hücum edən komandanın futbolçuları canlı səddə azı 1 metr aralı qalmalıdı.

- Topun hakimə dəyməsinin də aralarında olduğu bir neçə halda mübahisəli top elan ediləcək.

Yeni qaydalar növbəti mövsümdən etibarən qüvvədə olacaq.
Geri qayıt