Əsas Səhifə > Maraq > Yol hərəkəti təhlükəsizliyi ilə bağlı yeni portal fəaliyyətə başladı

Yol hərəkəti təhlükəsizliyi ilə bağlı yeni portal fəaliyyətə başladı


25-09-2017, 16:57


“Şahdağ” Xeyriyyə İctimai Birliyinin “Yol hərəkəti təhlükəsizliyi üzrə maarifləndirici portalın yaradılması” adlı layihəsi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə 20 iyul 2017-ci ildən 20 oktyabr 2017-ci il tarixinə qədər müddəti əhatə edir.
Bu müddət ərzində maarifləndirmə işləri görülüb, əhali arasında sorğu keçirilib. Müxtəlif səpkili video və foto şəkillər “yoltehlukesizliyi.az” saytında yerləşdirilmişdir.

BrendSport.az saytı xəbər verir ki, bu günlərdə “yoltehlukesizliyi.az” saytının təqdimatı həyata keçirilib. Ümumiyyətlə, “Yol hərəkəti təhlükəsizliyi üzrə maarifləndirici portalın yaradılması” adlı layihənin təqdimat mərasimi həyata keçirilməsilə bərabər, təqdimat mərasiminin video çəkilişi və foto şəkilləri işlənib hazırlanmışdır.
Bu maarifləndirici saytın əhali arasında sosial şəbəkələrdə böyük əhəmiyyəti vardır.

İnsanlar yarana biləcək təhlükənin qarşısını almağa istiqamət verən materiallarla rastlaşır, baş vermiş yol hərəkəti qaydaları pozuntularının müxtəlif səpkili təsadüfləri ilə tez-tez tanış olurlar.

Beynəlxalq miqyasda yol hərəkəti qaydalarına riayətolunma qaydaları ilə tanış olurlar.
Sürücülük fəaliyyəti ilə yaxından iştirak etmək istəyən insanlar bu saytın məlumatları ilə bəhrələnirlər.
Tədbirdə QHT rəhbərləri, jurnalistlər, hüquqşünaslar, ziyalılar iştirak etmişlər.

Çıxışçılardan “Dünya Azərbaycanlılarının həmrəyliyinə dəstək” İctimai Birliyinin sədri, politoloq Tofiq Əlizadə layihənin əhəmiyyətli dərəcədə qiymətə layiq olduğunu qeyd etdi və açılmış saytın işinə uğurlar dilədi.

“Beynəlxalq ideal sülhün təbliği fondu”nun rəhbəri Hacıəlikram Ələkbərov, “MMC AUBİ” hüquq şirkətinin təsisçisi və rəhbəri, “Dünya xəbər” informasiya agentliyinin redaktoru Miri Əliyev, müstəqil vəkillər Pərviz müəllim, Sevil xanım, jurnalist Sevda xanım, veb-dizayner Ramil Dadaşov (bu saytın əməkdaşı), “Şahdağ” XİB-nin texniki əməkdaşı Dönməz Abbasov və digər tədbir iştirakçıları “Şahdağ” XİB-nin QHT-nin işləyib hazırladığı bu layihənin məhsulu olaraq QHT və Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə yaranmış bu saytın davamlı olaraq fəaliyyət göstərəcəyinə inam bəslədiklərini öz çıxışlarında qeyd etdilər və “yoltehlukesizliyi.az” saytının işinə uğurlar dilədilər.

İnanırıq ki, “Facebook”da da yayımlanan bu sayt əhalinin yol hərəkəti qaydaları üzrə maarifləndirici məsləhətlərinə səbəb olacaqdır.




Geri qayıt