Əsas Səhifə > Maraq > "Məndə futbol virusu var" - Venger

"Məndə futbol virusu var" - Venger


19-02-2019, 22:45


“Arsenal”ın sabiq baş məşqçisi Arsen Venger futbolsuz qala bilmir.

BrendSport.az xəbər verir ki, fransalı mütəxəssis Britaniya mətbuatına açıqlamasında futbolla nəfəs aldığını bildirib:

“Səhər yuxudan duranda dərhal bu gün hansı oyunun olduğunu düşünürəm. Bu mənim həyatımdır. Məndə futbol virusu var. Onsuz qala bilmərəm”.

Qeyd edək ki, 1996-2018-ci illərdə “Arsenal”ı çalışdırmış Venger London klubu ilə 3 dəfə Premyer Liqa çempionu olub, 7 dəfə İngiltərə kuboku və eyni sayda İngiltərə superkubokunu qazanıb.
Geri qayıt