Əsas Səhifə > Maraq > Almaniyalı futbol azarkeşləri Ukraynada hücuma məruz qalıb

Almaniyalı futbol azarkeşləri Ukraynada hücuma məruz qalıb


14-02-2019, 11:26


Kiyevdə almaniyalı futbol azarkeşlərinə qarşı hücum olub.

BrendSport.az yerli mətbuata istinadla xəbər verir ki, gecə saatlarında şəhərin mərkəzindəki Xreşatik küçəsində yerləşən kafelərin birində almaniyalı azarkeşlər hücuma məruz qalıblar. Belə ki, Kiyevin “Dinamo” klubunun köynəklərini geyinən 15 nəfər kafeyə girərək almaniyalı azarkeşlərlə əlbəyaxa olublar. Qarşıdurma nəticəsində almaniyalı azarkeşlərdən beş nəfər ciddi xəsarət alıb.

Almaniyalı azarkeşlər fevralın 14-də UEFA Avropa Liqasının pley-off mərhələsində Xarkovda keçiriləcək “Şaxtyor”-“Ayntraxt” oyununu izləmək üçün Ukraynaya gəliblər.



AZƏRTAC

Geri qayıt