Əsas Səhifə > Maraq > Azərbaycan millisinin sabiq forvardı üçün 85 dəqiqə və 1 xal
Azərbaycan millisinin sabiq forvardı üçün 85 dəqiqə və 1 xal10-12-2018, 11:00 |
Futbol üzrə Türkiyə 1-ci liqasında 15-ci turun oyunları keçirilir. BrendSpor.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq hücumçusu Dəniz Yılmazın formasını geyindiyi “Gənclərbirliyi” də növbəti matçına çıxıb. Sözügedən kollektiv səfərdə “Dənizlispor”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb - 0:0. Dəniz də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 85-ci dəqiqədə əvəzlənib. Yılmaz 50-ci dəqiqədə sari vərəqə ilə də cəzalanıb. “Gənclərbirliyi” hazırda 35 xalla 18 kollektiv arasında 1-cidi. Geri qayıt |