Əsas Səhifə > Maraq > Ən yaxşı məşqçilərin yeni siyahısı

Ən yaxşı məşqçilərin yeni siyahısı


7-12-2018, 12:15


"World Coach Ranking" saytı ən yaxşı məşqçilərin yeni reytinqini dərc edib.

Siyahıda Azərbaycandan iki mütəxəssis yer alıb. "Qarabağ"ın və millimizin baş məşqçisi Qurban Qurbanov 1073 xalla 452-ci pillədə qərarlaşıb. Mütəxəssis ötən siyahı ilə müqayisədə 3 pillə irəliləyib.

"Neftçi"nin baş məşqçisi Roberto Bordin isə 123 xalla 968-ci pilləni tutur. İtalyan məşqçi 8 pillə irəliləyə bilib.

Qeyd edək ki, siyahıya "Barselona”nın baş məşqçisi Ernesto Valverde başçılıq edir. 2-ci pillədə "Atletiko"nun çalışdırıcısı Dieqo Simeone qərarlaşıb. "Qremio"nun baş məşqçisi Renato Qauço isə 3-cüdü.
Geri qayıt