Əsas Səhifə > Maraq > Güllə atıcımız Ruslan Lunyov Tbilisidə birinci olub

Güllə atıcımız Ruslan Lunyov Tbilisidə birinci olub


29-11-2018, 14:30


“Neftçi İdman Klubu”nun yetirmələri Tbilisidə Şota Kvaraşvilinin xatirəsinə həsr olunmuş güllə atıcılığı üzrə beynəlxalq turnirdə mübarizə aparıblar.

BrendSport.az xəbər verir ki, idmançılarımızdan Ruslan Lunyov 10 metr məsafəyə atəşaçma yarışında (PTÇ-3) 575 xal toplayaraq turnirin qalibi olub.

Vladislav Kalmıkov isə 552 xalla yeniyetmələr arasında gümüş medala layiq görülüb.
Geri qayıt