Əsas Səhifə > Maraq > Bilyard idmanının sərbəst piramida növü üzrə dünya çempionatı keçiriləcək

Bilyard idmanının sərbəst piramida növü üzrə dünya çempionatı keçiriləcək


27-11-2018, 12:53


27 noyabr-02 dekabr 2018-ci il tarixlərdə Rusiya Federasiyasının Tümen şəhərində bilyard idmanının sərbəst piramida növü üzrə dünya çempionatı keçiriləcəkdir.

Qeyd olunan yarışda Səməndərov Ramil və Quliyev Tofiq ölkəmizi təmsil edəcəkdir.

Tədbirin proqramına əsasən 27 noyabr tarixində püşkatma mərasimi, 28 noyabr-01 dekabr tarixlərdə isə yarışlar keçiriləcəkdir. 01 dekabr tarixində yarımfinal və final qarşılaşmaları olacaqdır.
Geri qayıt