Əsas Səhifə > Maraq > "Lokomotiv" - "Qalatasaray" oyunu baş tutmaya bilər
"Lokomotiv" - "Qalatasaray" oyunu baş tutmaya bilər26-11-2018, 20:56 |
Rusiya ilə Ukrayna arasında baş verən siyasi gərginlik Çempionlar Liqasında qrup mərhələsinin "Lokomotiv" (Moskva) - "Qalatasaray" oyununa təsir edə bilər. Bu barədə "Futbolarena" məlumat yayıb. Xəbərə görə, İstanbul klubu oyunda risk olub-olmaması ilə bağlı Moskvada yerləşən Türkiyə Səfirliyinə müraciət edib. Oyunun keçiriləcəyi yerin dəyişdirilməsinə səbəb olacaq gərginlik olmadığı qeyd olunub. Lakin gərgin vəziyyət olacağı təqdirdə türk klubuna məlumat veriləcəyi bildirilib. Qeyd edək ki, "Lokomotiv" (Moskva) - "Qalatasaray" noyabrın 28-də baş tutacaq. Geri qayıt |