Əsas Səhifə > Maraq > Uşaq və yeniyetmələr arasında Göycay rayon açıq birinciliyi keçirilib

Uşaq və yeniyetmələr arasında Göycay rayon açıq birinciliyi keçirilib


25-11-2018, 12:27


Göyçay Olimpiya İdman Kompleksində Azərbaycan Taekvondo Federasiyasının təşkilatçılığı ilə uşaq və yeniyetmələr arasında Göycay rayon açıq birinciliyi keçirilib.

Yarış iki tatami üzərində keçirilib. Turnirdə "Qafqaz-Arena", "Sumqayıt", "Abşeron", "Bozux", "Gömrükçü", "Qəbələ", "Şamaxı", "Fərəh", "Cavidan", "Qala", "Sumqayıt", Ağsu rayon Ş.Ramazanov adına taekvondo klubu və Gəncə komandalardan 270-dək idmançı iştirak edir.

Yarış 2009-2010, 2007-2008, 2004-2006-cı il təvəllüdlü idmançılar arasında keçirilib.

Ağsu komandasının məşqçisi Fuad Nuriyev:

- Göyçayda təşkil olunan bu yarış rəqabətli yarışdır. Hər dəfə belə yarışlarda müxtəlif sürprizlərlə qarşılaşırıq. Əvvəlki yarışlarda uduzan idmançı bu cür turnirlədə çempion olur.

Alxas Məmmədov















Geri qayıt