Əsas Səhifə > Maraq > "Qalatasaray" axtardığını İsveç millisində tapdı

"Qalatasaray" axtardığını İsveç millisində tapdı


15-11-2018, 22:18


İsveç millisinin üzvü Con Quydetti "Qalatasaray"la danışıqlar aparır. Bu barədə futbolçu özü məlumat verib.

Sabah Türkiyə ilə keçirəcəkləri oyundan əvvəl açıqlama verən 26 yaşlı forvard danışıqları menecerinin apardığını bildirib: "Bütün səlahiyyəti menecerimə vermişəm, hər şeyi o həll edəcək. Özüm bütün diqqətimi oyunuma yönəltmişəm".

Qeyd edək ki, hazırda "Deportivo"da çıxış edən Quydetti bu kluba 2018-ci ildə "Selta"dan 4 milyon avroya transfer olunub. Cari mövsümdə 7 rəsmi oyuna çıxan futbolçu 1 məhsuldar ötürmə edib. O, əvvəllər İsveçin "Brommapoykarna", İngiltərənin "Mançester Siti", "Barnli", "Stok Siti", Hollandiyanın "Feyenoord" və Şotlandiyanın "Seltik" klublarında çıxış edib.
Geri qayıt