Əsas Səhifə > Maraq > Ronaldo yenə də hamıdan öndədi

Ronaldo yenə də hamıdan öndədi


12-11-2018, 23:06
Ronaldo yenə də hamıdan öndədi

"Yuventus"un futbolçusu Kriştiano Ronaldo Avropanın beş ən böyük liqasında qapılara ən çox zərbə vuran oyunçudur.

"Opta Sports"un yaydığı xəbərə görə, portuqaliyalı hücumçu bu mövsüm A seriyasında qapılara 88 zərbə vurub. Bunlardan 8-i qolla nəticələnib.

Bu göstəricidə Nikolya Pepe ikinci ("Lill", 55), Serxio Aquero üçüncüdür ("Mançester Siti", 54). Lorenso İnsinye ("Napoli") və Edin Ceko ("Roma") hərəyə 51 zərbə növbəti pillələrdə qərarlaşıb.
Geri qayıt