Əsas Səhifə > Maraq > Döyüşdən əvvəl təslim olmayacağıq

Döyüşdən əvvəl təslim olmayacağıq


11-09-2017, 16:08


Sabah Çempionlar Liqasının qrup mərhələsinin 1-ci turu çərçivəsində "Çelsi"nin qonağı olacaq "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov AFP nəşrinə açıqlama verib.

Qurbanov sona qədər mübarizə aparacaqlarını bildirib:

“Avropanın ən mötəbər klub turnirində oynamaq komandamızın çoxdankı arzusu idi. Püşk İngiltərə, İspaniya və İtaliyanın ən yaxşı klublarını bizə rəqib etdi. Qrupda böyük rəqabət olacaq. Rəqiblərimiz çox güclü və təcrübəli komandalardı. Amma bu o demək deyil ki, biz döyüşdən əvvəl təslim olacağıq. Hər bir oyunda dişimizlə, dırnağımızla sona qədər mübarizə aparmağa hazırıq.

Mübarizəyə Londonda start verəcəyik. Bizi “Çelsi” ilə vacib oyun gözləyir. "Stemford Bric”dəki qarşılaşma çox ağır keçəcək. Buna baxmayaraq, layiqli nəticəyə imza atmağa çalışacağıq”.

“Çelsi” - “Qarabağ” matçı Bakı vaxtı ilə 22:45-də start götürəcək.
Geri qayıt