Əsas Səhifə > Maraq > Hollandiya və Belçikadan maraqlı addım - çempionatları birləşə bilər

Hollandiya və Belçikadan maraqlı addım - çempionatları birləşə bilər


20-10-2018, 22:34


Futbol üzrə Hollandiya və Belçika çempionatları birləşdirilə bilər.

Hər iki ölkənin federasiyasının nümayəndələri bu məsələ ilə bağlı danışıqlar aparır. Bu barədə məlumatı İngiltərə mətbuatı yayıb.

Federasiyaların belə bir addım atmasına səbəb, liqaların Avropanın “böyük beşlik” çempionatları ilə rəqabət apara bilməməsidir.

Hollandiya klubları öz aralarında liqaların birləşdirilməsinə dair razılığa gəlsələr, növbəti ildə Belçika təmsilçiləri ilə rəsmi danışıqlar başlayacaq.
Geri qayıt