Əsas Səhifə > Maraq > Son 3 ildə 13 məşqçi dəyişdirdi

Son 3 ildə 13 məşqçi dəyişdirdi


27-09-2018, 22:50
Son 3 ildə 13 məşqçi dəyişdirdi

“Palermo”nun prezidenti Mauritsio Camparini idarəetmə üsulunu dəyişmək niyyətində deyil.

Camparini növbəti dəfə komandanın baş məşqçisini qovub. “Breşiya”ya məğlubiyyətdən sonra Bruno Tedino istefaya göndərilib.

O, komandaya bu ilin iyulundan başçılıq edirdi. Onun yerinə isə Roberto Stellone gətirilib. O Stellone ki, bu ilin iyulunda komandadan qovulmuşdu və onu Tedino əvəzləmişdi.

Camparini son 3 ildə 13 məşqçi dəyişikliyinə əl atıb. “Palermo” 5 turdan sonra B seriyasında 7-ci pillədə qərarlaşıb.
Geri qayıt