Əsas Səhifə > Maraq > "Yuventus"dan 88 ildən sonra ən uğurlu start

"Yuventus"dan 88 ildən sonra ən uğurlu start


27-09-2018, 14:46


"Yuventus" üçün bu mövsüm ən yaxşı startı ilə yadda qalıb. İtaliya mətbuatının yaydığı xəbərə görə, Turin klubu 88 ildən sonra ilk dəfə bu mövsüm keçirdiyi ilk 7 oyunun hamısında qələbə qazanıb.

Sonuncu dəfə "Yuventus" bu uğurlu starta 1930-cu ildə nail olmuşdu.

Qeyd edək ki, Massimiliano Alleqrinin komandası A seriyasındakı ilk 6 oyununda və ÇL-in qrup mərhələsinin görüşündə qələbə qazanıb. "Yuventus" bu oyunlarda 15 qol vurub, 4 qol buraxıb.

Xatırladaq ki, Turin təmsilçisi son olaraq dünən A seriyasında "Bolonya" ilə matçda iki cavabsız qolla qalib gəlib. Komanda hazırda 18 xalla ölkə çempionatının lideridir.
Geri qayıt