Əsas Səhifə > Maraq > Kasilyas futbolda yeni tarix yazdı
Kasilyas futbolda yeni tarix yazdı19-09-2018, 12:22 |
"Portu”nun qapıçısı İker Kasilyas dünya futbolunun tarixinə düşüb. İspaniyalı əlcək ustası Çempionlar Liqasının qrup mərhələsinin ilk turunda "Şalke”yə qarşı keçirilən matçda start heyətində yer alıb. Bununla da o, Çempionlar Liqasında 20-ci mövsüm forma geyən ilk futbolçu olub. Qeyd edək ki, ÇL-də 1999-cu ildə "Real”ın heyətində debüt edən Kasilyas turnirdə 168 oyuna çıxıb və 3 dəfə çempionluğu bayram edib. Geri qayıt |