Əsas Səhifə > Maraq > "Qarabağ"la oyun ərəfəsində UEFA-dan "Sportinq"ə qadağa

"Qarabağ"la oyun ərəfəsində UEFA-dan "Sportinq"ə qadağa


16-09-2018, 14:07
"Qarabağ"la oyun ərəfəsində UEFA-dan "Sportinq"ə qadağa

Avropa Liqasının qrup mərhələsinin ilk turunda “Qarabağ”ı qəbul edəcək “Sportinq”in ev oyunlarını keçirdiyi “Joze Alvalade” stadionunda 3 min yer boş qalacaq.

Portuqaliya mətbuatının yaydığı xəbərə görə, bu, UEFA-nın Lissabon təmsilçisinə verdiyi cəza ilə bağlıdır. Ötən mövsüm Avroliqanın 1/4 finalının “Atletiko” ilə cavab oyununda (1:0) yerli azarkeşlər görüşün hakimlər briqadasına yad cisimlər atmışdılar. Məsələni araşdıran qitə futbol qurumu hadisəyə səbəb olan azarkeşlərin əyləşdiyi sektorların 1 oyunluq bağlanmasına qərar verib.

Bununla bağlı bəyanat yayan “Sportinq” klubu azarkeşlərinə səslənib: “Klubun bütün üzvləri və azarkeşləri tam olaraq dərk etməlidirlər ki, kobud ictimai davranışlar bizə ciddi zərər verə bilər”.

Qeyd edək ki, sentyabrın 20-də keçiriləcək “Sportinq” – “Qarabağ” oyunu Bakı vaxtı ilə 23:00-da başlayacaq.
Geri qayıt