Əsas Səhifə > Maraq > “Real”ın gələcək prezidenti -

“Real”ın gələcək prezidenti -


11-09-2018, 10:24
“Real”ın gələcək prezidenti -

“Real”ın prezidenti Florentino Peres məşhur tennisçi Rafael Nadalın gələcəkdə klubun prezidenti ola biləcəyini bildirib.

Bu barədə Peres İspaniya mətbuatına açıqlamasında deyib:

“Nadal gələcəkdə “Real”ın prezidenti olmağa ən güclü namizəddir”.

Nadal “kral klubu”nun azarkeşi kimi tanınır. O, 2011-ci ildən “Real”ın fəxri üzvlərindəndir. Amma Nadal yaxın illərdə kluba prezident təyin oluna bilməz. Çünki “Real”ın prezidenti olmaq istəyən şəxs ən azı 20 il klubun fəxri üzvü olmalıdır.
Geri qayıt