Əsas Səhifə > Maraq > “Gömrükçü”lər Türkiyəyə yollanır

“Gömrükçü”lər Türkiyəyə yollanır


28-08-2018, 21:39


2-saylı “Gömrükçü” idman klubu Türkiyənin Çərkəzköy bələdiyyəsinin təşkilatçılığı ilə keçiriləcək “30 avqust Zəfər kuboku” beynəlxalq turnirə yollanır.

Artıq ənənəvi olaraq 5-ci dəfə təşkil edilən yarışda 11 ölkədən (Türkiyə, Azərbaycan, Gürcüstan, İran, Serbiya, Bolqariya, Bosniy-Hersoqavina, Serbiya, Makedoniya, İordaniya,Moldova ) 55 klubdan 350 idmançı iştirak edəcək. Çərkəzköy bələdiyyəsinin dəvəti ilə 2-saylı “Gömrükçü” idman klubu da yarışda 12 idmançı ilə təmsil olunacaq.

Yarış 1-2 sentyabr tarixlərində Cəkəzköy şəhər “29 Ekim Spor Kompleksin”-də keçiriləcək. Uqurlar arzulayiriq.

Əliqasım Məmmədov,
ADPU-nun II kurs tələbəsi

Geri qayıt