Əsas Səhifə > Maraq > Həmyerlimiz Avropada poker etdi
Həmyerlimiz Avropada poker etdi26-08-2018, 16:42 |
Latviyanın Birinci Liqasında 15-ci turun oyunları başa çatıb. Vüqar Əsgərovun komandası "Dauqavpils” də növbəti matçına çıxıb. Sözügedən kollektiv öz meydanında "Balvu” ilə üz-üzə gəlib və 13 cavabsız qol vuraraq darmadağın reallaşdırıb. "11-lik”də yer alan Vüqar 90 dəqiqə top qovub. Çempionatın bombardiri olan Əsgərov bu oyunda da sözünü deyib. Komandasının 13 qolundan 4-nü məhz Vüqar vurub. O, matçın 15, 25, 38 (pen.) və 46-cı dəqiqələrində rəqib qapısına yol tapıb. Nəticədə, millimizin sabiq forvardı cari mövsümdə vurduğu qolların sayını 22-yə çatdırıb. "Dauqavpils” 15 turdan sonra 34 xalla 12 komanda arasında ikinci pillədə mövqe tutub. Geri qayıt |