Əsas Səhifə > Maraq > Özbəkistan millisinin erməni məşqçisi qovuldu
Özbəkistan millisinin erməni məşqçisi qovuldu7-09-2017, 12:09 |
Özbəkistan Futbol Federasiyası millinin baş məşqçisi Samvel Babayanı və onun köməkçilərini istefaya göndərib. Qurumun saytının yaydığı xəbərə görə, erməni çalışdırıcının rəhbərlik etdiyi məşqçilər heyəti DÇ-2018-in finalına vəsiqə qazanmaq tapşırığının öhdəsindən gələ bilmədikləri üçün bu qərar verilib. Qeyd edək ki, Bolqarıstan DÇ-2018-in seçmə mərhələsində sentyabrın 5-də Cənubi Koreya ilə qolsuz bərabərə qalaraq qrupdan çıxmaq şansını itirib. Yerli mətbuat bir müddət idi uğursuz çıxışlara görə erməni məşqçini tənqid edirdi. (Qol.az) Geri qayıt |