Əsas Səhifə > Maraq > Sinəsindən zərbə alan idmançı öldü

Sinəsindən zərbə alan idmançı öldü


4-09-2017, 13:36
Sinəsindən zərbə alan idmançı öldü

Argentinanın reqbi üzrə 3-cü divizionunda faciə baş verib.

“Berasateqi” klubunun 20 yaşlı reqbiçisi Qonsalo Kastro sinəsinə dəyən zərbə nəticəsində ölüb. Hadisə “Mori” ilə oyunda baş verib. Kastro ona qarşı tətbiq olunan güc fəndi zamanı sinəsindən ağır zərbə alıb.

Zərbədən sonra idmançı əvəzlənməsini istəyib. Həkim ona ilk tibbi yardım göstərib. Bir neçə dəqiqədən sonra isə onda sudurğa baş verib. Təcili yardım maşını gec gəldiyi üçün Kastronu şəxsi avtomobillə xəstəxanaya çatdırmaq istəyiblər. Ancaq idmançı yolda dünyasını dəyişib.
Geri qayıt