Əsas Səhifə > Maraq > “Xilasedici” voleybol klubu Çempionlar Liqasında cavab oyununa çıxır

“Xilasedici” voleybol klubu Çempionlar Liqasında cavab oyununa çıxır


Bu gün, 11:35


Azərbaycanın kişi voleybolçulardan ibarət “Xilasedici” komandası bu gün CEV Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində cavab oyununa çıxacaq.

BrendSport.az
xəbər verir ki, Azərbaycan çempionu səfərdə Sloveniyanın “Lyublyana” klubu ilə üz-üzə gələcək.

Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Bakıda keçirilən ilk oyunda “Xilasedici” rəqibinə 1:3 hesabı ilə uduzub.

Qeyd edək ki, cavab qarşılaşmasında “Xilasedici”nin qələbə qazanması halında mərhələnin qalibini müəyyənləşdirmək üçün qızıl set oynanılacaq. Ümumi nəticəyə əsasən üstünlük əldə edən komanda CEV Çempionlar Liqasının qrup mərhələsində iştirak hüququ qazanacaq. Məğlub olan kollektiv isə mübarizəni CEV Kubokunda davam etdirəcək.

Geri qayıt