Əsas Səhifə > Maraq > Azərbaycanlı güləşçi dopinqə görə 3 il müddətinə diskvalifikasiya olunub

Azərbaycanlı güləşçi dopinqə görə 3 il müddətinə diskvalifikasiya olunub


Bu gün, 16:33


Azərbaycan güləşçisi Sadiq Mustafazadə antidopinq qaydalarını pozduğuna görə 36 ay müddətinə idmandan kənarlaşdırılıb.

BrendSport.az
xəbər verir ki, buna antidopinq qaydalarının pozulması səbəb olub.

İdmançının nümunəsində qadağan edilmiş “19-norandrosterone” preparatı aşkarlanıb.

Sanksiyanın müddəti 2026-cı il aprelin 30-da başlayıb və 2029-cu il aprelin 29-da başa çatacaq.
Geri qayıt