Əsas Səhifə > Maraq > Cud Bellinqem “Real Madrid”lə yeni müqavilə imzalayacaq
Cud Bellinqem “Real Madrid”lə yeni müqavilə imzalayacaqBu gün, 14:07 |
![]() İngiltərə millisinin və “Real Madrid” klubunun yarımmüdafiəçisi Cud Bellinqem İspaniya təmsilçisi ilə yeni beşillik müqavilə imzalayacaq. BrendSport.az xəbər verir ki, bu barədə tanınmış futbol insayderi Fabritsio Romano məlumat yayıb. Onun sözlərinə görə, tərəflər arasında şifahi razılıq əldə olunub. Müqavilənin rəsmiləşdirilməsi üçün növbəti prosedurların həyata keçirilməsi gözlənilir. Bildirilib ki, Bellinqem “Real Madrid”in gələcək planlarında mühüm yer tutur. İngiltərəli futbolçu da Madrid klubunda qalmaqdan məmnundur və əməkdaşlığı davam etdirməyə müsbət yanaşır. Qeyd edək ki, 2026-2027-ci illər mövsümündə Cud Bellinqem “Real Madrid”in heyətində bütün turnirlərdə 17 oyunda meydana çıxıb, 6 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Geri qayıt |