Əsas Səhifə > Maraq > Qazaxıstan atçılıq idmanın konkur növü üzrə Olimpiya təsnifat turnirinə ev sahibliyi etmək istəyir
Qazaxıstan atçılıq idmanın konkur növü üzrə Olimpiya təsnifat turnirinə ev sahibliyi etmək istəyirBu gün, 16:31 |
![]() Qazaxıstan 2027-ci ilin may ayının sonunda Astanada iki Olimpiya vəsiqəsinin veriləcəyi atçılıq idmanının konkur növü üzrə təsnifat turnirinə ev sahibliyi etmək üçün müraciət edib. BrendSport.az xəbər verir ki, turnirə ev sahibliyi etmək hüququ uğrunda altı ölkə - Qazaxıstan, Çexiya, Rumıniya, Macarıstan, Rusiya və Belarus mübarizə aparır. “Əgər bu hüququ qazansaq, 29 ölkədən ən güclü idmançılar Astanaya gələcəklər. Turnirdə cəmi iki Olimpiya vəsiqəsi verilsə də, bu, bizə dünya liderləri ilə bərabər rəqabət aparmağa, əvəzsiz təcrübə qazanmağa və Qazaxıstanı yüksək səviyyədə təbliğ etməyə imkan verəcək”, - deyə Qazaxıstan Atçılıq Federasiyası prezidentinin müşaviri və FEI-nin texniki nümayəndəsi Sergey Buykeviç bildirib. Təsnifat turnirinə ev sahibliyi etmək məsələsinin 3-5 dekabr tarixlərində Çində keçiriləcək Baş Assambleyada müzakirəsi planlaşdırılır. Geri qayıt |