Əsas Səhifə > Maraq > Ronaldo het-trik edərək karyerasının 985-ci qolunu vurub

Ronaldo het-trik edərək karyerasının 985-ci qolunu vurub


Bu gün, 11:45


Səudiyyə Ərəbistanı çempionatının 12-ci turunda “Əl-Nəsr” doğma meydanda “Əl-Xolud”u 5:3 hesabı ilə məğlub edib.

BrendSport.az
xəbər verir ki, görüşdə Kriştianu Ronaldo het-trik edib. O, 66, 72 və 81-ci dəqiqələrdə fərqlənib. Digər qolları Qabriel Anqelo və Sadio Mane vurublar.

Bu, Ronaldonun karyerasında 67-ci het-trikidir. Portuqaliyalı hücumçu bununla karyerasında vurduğu qolların sayını 985-ə çatdırıb.

Qələbədən sonra “Əl-Nəsr” 28 xalla turnir cədvəlində lider “Əl-Qadisiya”ya çatıb. Komanda növbəti oyununu noyabrın 6-da səfərdə “Əl-Həzm”ə qarşı keçirəcək.
Geri qayıt