Əsas Səhifə > Maraq > UEFA Gənclər Liqası: “Qarabağ” ilk oyunda Xorvatiya klubuna uduzub
UEFA Gənclər Liqası: “Qarabağ” ilk oyunda Xorvatiya klubuna uduzubBu gün, 17:37 |
![]() "Qarabağ"ın U-19 komandası UEFA Gənclər Liqasında mübarizəyə başlayıb. BrendSport.az xəbər verir ki, Ağdam təmsilçisi II təsnifat mərhələsinin ilk oyununda Xorvatiyanın "Dinamo Zaqreb" klubu ilə üz-üzə gəlib. "Azersun Arena"da təşkil olunan görüş rəqibin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Qeyd edək ki, komandalar arasında cavab matçı noyabrın 4-də Zaqrebdə olacaq. Bu cütün qalibi növbəti mərhələdə "Benfika" (Portuqaliya) – "Pafos" (Kipr) duelinin güclüsü ilə qarşılaşacaq. Geri qayıt |