Əsas Səhifə > Maraq > Çin televiziyası Mbappenin açıqlamasından sonra La Liqanın yayımını dayandırıb

Çin televiziyası Mbappenin açıqlamasından sonra La Liqanın yayımını dayandırıb


Bu gün, 15:39


Çinin dövlət televiziyası CCTV Fransa millisinin və “Real Madrid” klubunun hücumçusu Kilian Mbappenin açıqlamasından sonra İspaniya çempionatının oyunlarının yayımını dayandırıb.

BrendSport.az
xəbər verir ki, 27 yaşlı futbolçu müsahibələrinin birində üzünün Çinin keçmiş lideri Mao Tszedunun fotosuna yerləşdirildiyi memdən danışıb. Mbappe şəkildəki şəxsi “Çin diktatoru” adlandırsa da, onun adını çəkməyib.

Məlumata görə, CCTV fransalı hücumçunun iştirakı ilə hazırlanan reklamları və videoları da efirdən çıxarıb. Bununla belə, Çinin digər platformalarında La Liqa oyunlarının yayımının dayandırılması barədə məlumat verilməyib.

Son bir ildə azarkeşlər “Real Madrid” və Fransa millisində qəbul edilən qərarlara təsir göstərdiyini iddia edərək Mbappeni zarafatla “diktator” adlandırırlar.
Geri qayıt